Daxili qoşunlar psixoloqları işə dəvət edir
11 aprel 2013 15:37 (UTC +04:00)

Daxili qoşunlar psixoloqları işə dəvət edir

Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları psixoloqların işə qəbuluna başlayır. Daxili Qoşunların mətbuat xidmətindən Lent.az-a daxil olan məlumatda bildirilir ki, ən azı üç il psixologiya ixtisası üzrə iş təcrübəsi olan, hərbi qulluqçular arasında mənəvi-psixoloji iş aparmaq bacarığına malik, hərbi xidmət keçmiş, fiziki və sağlamlıq vəziyyətinə görə Daxili Qoşunlarda xidmətə yararlı Azərbaycan vətəndaşlarını işə dəvət edilir.

 

Əlavə məlumat almaq istəyənlər Daxili Qoşunlar Baş İdarəsinin Kadrlar şöbəsinə (560 2700) müraciət edə bilərlər.

 

# 730
avatar

Oxşar yazılar