CASCFEN qurultaya qərar verdi
08 aprel 2013 13:41 (UTC +04:00)

CASCFEN qurultaya qərar verdi

 

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) İdarə Heyətinin növbəti toplantısında qurumun fəaliyyəti dəyərləndirilib, yeni qərarlar qəbul edilib. Lent.az-ın məlumatına görə, CASCFEN üzvlüyü üçün müraciət etmiş 9 nəfərin ərizələri tək-tək nəzərdən keçirilib və onların hamısı qurumun üzvləri sırasına qəbul edilib. Bununla da təşkilatın üzvlərinin sayı 102 nəfərə çatıb.

 

Toplantıda İH üzvlərinin bölgələrə səfərləri ətrafında fikir mübadiləsi də aparılıb. Qurumun sədri Azər Həsrətin Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə Tərtərdə iki günlük treninq aparması, həmçinin sədr müavini Nadir Azərinin Yevlaxda gənclərlə görüşü haqda bilgi verilib. 

İH ötən ilin sonunda qəbul edilmiş qərara əsaslanaraq CASCFEN-in 1-ci qurultayına hazırlıq mərhələsinə başlamaq barədə ümumi rəyə gəlib. Qərara alınıb ki, qurultay bu il sentyabrın 15-də, Bakı şəhərində keçirilsin.

# 379
avatar

Oxşar yazılar