Buraxılış imtahanlarının vaxtı və yeri açıqlandı
06 may 2013 17:39 (UTC +04:00)

Buraxılış imtahanlarının vaxtı və yeri açıqlandı

TQDK iyun ayında buraxılış imtahanları keçirəcək. Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib. TQDK tərəfindən bu il 9-cu və 11-ci siniflər üçün buraxılış imtahanlarının aşağıdakı qrafik üzrə keçirilməsi nəzərdə tutulur: 
 

 

 

 

 



02.06.2013
 

 Nərimanov
 Səbail
Yasamal
 Nəsimi
Nizami
 Binəqədi
Sabunçu
 Xətai
Suraxanı
Xəzər
 Qaradağ
 Sumqayıt
 Abşeron

Rus bölməsi (Bakı, Naxçıvan, Sumqayıt, Abşeron, Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən)


 07.06.2013
 

 Naxçıvan MR
 İmişli
 Ağcabədi
 Ağdam
 Saatlı
 Sabirabad
 Füzuli
 Beyləqan
Xocavənd
 Lənkəran
 Astara
 Masallı
 Lerik
 Yardımlı
 Cəlilabad
 Salyan
 Neftçala
 Biləsuvar


 12.06.2013


 Yevlax
Bərdə
Tərtər
 Gəncə
Daşkəsən
 Göygöl
 Samux
 Naftalan
 Goranboy
 Şəmkir
 Gədəbəy
 Ağstafa
 Qazax
 Tovuz
 Göyçay
 Ucar
 Kürdəmir
 Ağdaş
 Zərdab


17.06.2013

 Xızı
 Siyəzən
 Şamaxı
 İsmayıllı
 Qobustan
 Quba
 Şabran
 Qusar
 Xaçmaz
 Şəki
 Balakən
 Qax
 Qəbələ
 Oğuz
 Zaqatala
 Ağsu
 Mingəçevir
 Şirvan
 Hacıqabul



 İşğal olunmuş rayonların şagirdləri buraxılış imtahanlarını məskunlaşdıqları rayonlarda verəcəklər.

Şagirdlər imtahana gələrkən 9-cu siniflər: imtahana buraxılış vərəqəsi (buraxılış vərəqələrinin şagirdlərə təqdim olunması ilə bağlı əlavə məlumat veriləcəkdir), şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə), təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər.

11-ci siniflər isə imtahana buraxılış vərəqəsi (buraxılış vərəqələrinin şagirdlərə təqdim olunması ilə bağlı əlavə məlumat veriləcəkdir)  şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər.
 

Qeyd edək ki, daha ətraflı TQDK-nın rəsmi saytında məlumat yerləşdirilib.

# 3151

Oxşar yazılar