
Avtobus sürücülərindən kütləvi şikayət - Agentlikdən açıqlama
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn bəzi məsələlərin icrası ilə bağlı həyata keçirilən layihə uğurla davam edir.
Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, layihənin icra edildiyi 2-ci rübün sonunda sərnişinlər tərəfindən avtobus sürücülərinin sükan arxasında tütün məmulatından istifadə etməsi ilə bağlı ümumilikdə 89 müraciət daxil olub. Bu müraciətlər əsasında müxtəlif müntəzəm marşrut xətlərində çalışan 47 nəfər avtobus sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tənbeh tədbiri görülüb. Eyni zamanda, rüb ərzində müvafiq inzibati xəta barəsində daha çox məlumat verən, tütün məmulatlarından istifadəyə qarşı mübarizə tədbirlərində Bakı Nəqliyyat Agentliyinə dəstək olan bir neçə sərnişin isə mükafatlandırılıb. Məlumat üçün bildiririk ki, tütündən istifadə edən avtobus sürücülərinə qarşı mübarizədə sərnişinlərin birbaşa iştirakına şərait yaradan və "Yol Həyatdır" proqramı çərçivəsində həyata keçirilən kompaniyanın artıq müsbət nəticələri hiss edilir. Belə ki, aparılan monitorinqlər zamanı müntəzəm marşrut xətləri üzrə avtobus sürücülərinin tütün məmulatından istifadə hallarında azalma müşahidə edilir.
Bu sahədə daha müsbət nəticələr əldə olunması üçün sərnişinləri fəallıq nümayiş etdirməyə dəvət edirik.
Oxşar yazılar

Ən uğurlu insanların doğulduğu ayın 6 tarixi AÇIQLANDI
8 iyun 2025 , 16:59
Yağış, dolu, şimşək - SABAHIN HAVASI
8 iyun 2025 , 12:07
Yeni pandemiya ola bilər
8 iyun 2025 , 10:07
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salındı
7 iyun 2025 , 20:42
Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi
7 iyun 2025 , 20:15
Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?
7 iyun 2025 , 19:43
Xüsusi imkanlar: İyun ayında hansı iki BÜRC varlanacaq?
7 iyun 2025 , 18:30