
Binəqədidə “Vətənin müdafiəsinə hazıram” mövzusunda tədbir keçirilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram” mövzusunda tədbir keçirilib.
APA TV-nin xəbərinə görə, tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlanmasıdır.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, büstü önünə əklil qoyublar.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi, polkovnik Yusif Mirzəyev bildirib ki, gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi ilə bağlı silsilə tədbirlərin keçirilməsi ənənə halını alıb.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov aprel döyüşlərində əldə olunan parlaq qələbənin cəmiyyətin bütün üzvlərində, o cümlədən gənclərdə vətənpərvərlik hissələrini və döyüş əzmini daha da artırdığını diqqətə çatdırıb. Bildirib ki, aprel döyüşləri dövlət-xalq-ordu birliyinin sarsılmazlığını və qələbəyə qəti inamı düşmənlə yanaşı, bütün dünyaya göstərdi.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, Azərbaycan gənclərinin vətənpərvər ruhda yetişməsi vacibdir.
Mərasimdə şəhid ailələrinin üzvləri, veteranlar, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də çağırışaqədərki hazırlıq fənni üzrə yüksək nailiyyət göstərən şagirdlər mükafatlandırılıblar.
Tədbir Binəqədi rayonunun müxtəlif məktəblərinin şagirdlərinin ifasında vətənpərvərlik mahnıları ilə davam edib.
Oxşar yazılar

Yayın sonuna qədər 3 BÜRC üçün pul kisəsi hazırlanıb
28 avqust 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
28 avqust 2025 , 08:26
4 BÜRC üçün avqustun son günlərində hər şey dəyişəcək: siyahıda kimlər var
28 avqust 2025 , 00:02
Boş qalan yerlərə ixtisas seçimi başladı
28 avqust 2025 , 00:01
Bu tarixlərdə doğulan insanlar çox vaxt pul problemi yaşayırlar
27 avqust 2025 , 19:03
Onlar dünyaya xüsusi missiya ilə gəliblər: Sizi təəccübləndirəcək BÜRCLƏR
27 avqust 2025 , 18:34
Ay sonu maqnit qasırğaları gözlənilir? - PROQNOZ
27 avqust 2025 , 17:22