Bərdənin bəzi yaşayış massivlərinə qaz verilib
24 dekabr 2012 16:19 (UTC +04:00)

Bərdənin bəzi yaşayış massivlərinə qaz verilib

Gövhər Baxşəliyeva açılış mərasimlərində iştirak edib, sosial-iqtisadi inkişafdan, görülmüş işlərdən danışıb

 

Milli Məclisin deputatı Gövhər Baxşəliyeva dekabrın 22-də Bərdə rayonunda olub.

 

Lent.az-ın verdiyi məlumata görə,  Gövhər Baxşəliyeva Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində Bərdə rayonunun Qarabağ yaşayış massivinə, Muğanlı və Davudlar kəndlərinə təbii qaz verilməsi ilə bağlı təşkil edilən açılış mərasimində, o cümlədən Piyadalar və Kətəlparaq kəndlərini birləşdirən ərazidə isə Avtomatik Qaztənzimləyici Stansiyanın açılışında iştirak edib.

 

Bu stansiyadan ümumilikdə 18 kənd qazla təmin olunacaq. Açılış mərasimində “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavinləri də iştirak ediblər. Gövhər Baxşəliyeva kəndlərin sakinlərini qaz çəkilişi münasibəti ilə təbrik edib, ölkədə və Bərdə rayonunda gedən sosial-iqtisadi inkişafdan, görülmüş işlərdən danışıb. Millət vəkili sakinlərə ölkə başçısı, prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət barədə də məlumat verib, respublikada aparılan yenidənqurma işlərindən söz açıb. Görüşdə iştirak edən kənd sakinləri rayondakı quruculuq işlərindən ürəkdolusu danışaraq, öz razılıqlarını bildiriblər.

 

Görüşdə bildirilib ki, ümumilikdə Bərdə şəhərinin qazlaşdırılması artıq başa çatdırılıb, 37 kənd mavi yanacaqla təmin olunub. 2013-cü ilin sonunadək isə rayonun bütün kəndlərinin qazlaşdırılması nəzərdə tutulur.

 

Qeyd olunub ki, Qarabağ yaşayış massivinin qazlaşdırılması üçün 12 min 969 metr müxtəlif diametrli polietilen qaz xətləri çəkilib, 318 evə fərdi qaz sayğacı quraşdırılıb. Muğanlı kəndində 7597 metr müxtəlif diametrli qaz xətləri çəkilib, 170 evə fərdi qaz sayğacı quraşdırılıb. Davudlar kəndində 38 mənzilə mavi yanacaq verilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 730
avatar

Oxşar yazılar