
Bakı Dövlət Universiteti müsabiqələrin vaxtını uzatdı
Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə əlaqədar elan edilən “BDU xatirələrdə”, “BDU-nun ən yaxşı yubiley loqosu” və Rəsm müsabiqələrinin vaxtı sentyabrın 30-dək uzadılıb.
Bu barədə Lent.az-a universitetin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, “BDU xatirələrdə” adlı yazı müsabiqəsində universitet məzunları təhsil müddətində baş vermiş ən maraqlı məqamları, universitetlə bağlı unudulmaz hadisələri, fakültələri, müəllimləri, tələbə yoldaşları ilə bağlı oxunaqlı xatirələri qələmə ala bilərlər.
“BDU-nun ən yaxşı yubiley loqosu” adlı müsabiqəyə təqdim olunan işlər müasir və beynəlxalq standartlara cavab verməli, dizaynda 100 illik fəaliyyət əks etdirməlidir. Müsabiqəyə indiyə qədər istifadə edilməyən və digər loqoların əsas elementlərini təkrarlamayan orijinal nümunələr təqdim olunmalıdır.
Rəsm müsabiqəsi üçün təqdim olunan əsərlər isə yağlı boya, akvarel, quaş, tikmə, qrafika, taxta üzərində yandırma və. s texnikalarla işlənilə bilər. Rəsm əsərlərinin məzmunu universiteti əks etdirməlidir.
Qeyd edək ki, bu müsabiqələrdən əlavə “BDU fotolarda” adlı fotoşəkil müsabiqəsi və KİV nümayəndələri üçün «100 ilin zirvəsində» adlı müsabiqə də elan edilib.
Müsabiqə qaliblərini Münsiflər Heyəti məyyən edəcək. Qaliblər Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş universitet məzunlarının forumuna və yubiley tədbirinə dəvət ediləcək, Təşkilat Komitəsi onları diplom, sertifikat və hədiyyələrlə mükafatdırlacaq.
Oxşar yazılar

Bu BÜRCLƏRİ sürətli karyera yüksəlişi gözləyir
9 iyun 2025 , 18:43
Gün eynəyi taxmağın kimlər üçün təhlükəli olduğu AÇIQLANDI
9 iyun 2025 , 17:50
Keniya prezidenti Kamran Əliyevi qəbul etdi
9 iyun 2025 , 17:25
Benzinin ən ucuz və ən baha olduğu 10 ölkə: qiymətlər sizi şoka salacaq
9 iyun 2025 , 17:10
Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
9 iyun 2025 , 12:02
Azərbaycana təhlükəli makaron gətirilib? - RƏSMİ AÇIQLAMA
9 iyun 2025 , 11:20
BÜRCLƏRİN bu həftə üçün şanslı tarixləri
9 iyun 2025 , 09:09