BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsi 50 yaşında
27 dekabr 2012 15:30 (UTC +04:00)

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsi 50 yaşında

Bu gün Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin 50 illik yubileyi münasibətilə «İnformasiya cəmiyyəti və kitabxana-informasiya fəaliyyəti» mövzusunda Respublika Elmi Konfransı keçirilib.

 

APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadi potensialı intellekt kapitalına çevirmək istiqamətində görülən böyük işlərin reallaşmasında kitabxanaçılıq-informasiya fakültəsinin xidmətlərini xüsusilə qeyd edib. Bildirib ki, bu fakültə cəmiyyətin informasiya tələbatının ödənilməsində, vətəndaşların maarifləndirilməsində, elmi-texniki tərəqqinin təmin olunmasında mühüm rol oynayan, xalqımızın milli mədəni sərvəti olan kitabxanalar və nəşriyyat sistemi üçün yüksək ixtisaslı kadrlar hazırlayan ilk və əsas təhsil-elm mərkəzidir.

 

Rektor respublikada ali kitabxanaçılıq təhsilinin inkişafı sahəsində böyük uğurların qazanıldığını, fakültənin kitabxanaçılıq təhsilinin və kitabxanaşünaslıq elminin ən qabaqcıl mərkəzlərindən birinə çevrildiyini qeyd edib. Bildirib ki, bu uğurlar fakültənin ilk dekanı olmuş və 25 ildən artıq ona rəhbərlik etmiş, Əməkdar elm xadimi, Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü, Bakı Dövlət Universiteti Kitabxanaşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru, «Şöhrət» ordenli professor Abuzər Xələfovun və fakültə kollektivinin gərgin əməyi, məhsuldar elmi-pedaqoji fəaliyyəti nəticəsində əldə olunub. Professor Abuzər Xələfov nəinki öz spesifikasına görə universitetin digər fakültələrindən fərqlənən yeni fakültə yaradıb, həmçinin onun uzunmüddətli dinamik inkişafını təmin edən milli kitabxanaçılıq təhsili konsepsiyası işləyərək həyata keçirib.

 

Sonra «Kitabxanaçılıq-informasiya fakültəsinin inkişaf dinamikası» mövzusu ilə fakültənin dekanı, dosent Azad Qurbanov çıxış edib. Daha sonra Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev, Prezident Kitabxanasının direktoru Mail Əhmədov, Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev, professor Abuzər Xələfov çıxış ediblər. Sonda fakültənin bir neçə müəllimi Təhsil Nazirliyi və BDU tərəfindən müxtəlif mükafatlarla təltif ediliblər.

 

Respublika Elmi Konfransı çıxış və təbriklərlə işini başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1426
avatar

Oxşar yazılar