Bayramda hava yağmursuz olacaq
30 dekabr 2012 13:08 (UTC +04:00)

Bayramda hava yağmursuz olacaq

Dekabrın 31-də günün ikinci yarısından başlayaraq və yanvarın 1-də  ölkə ərazisində hava şəraitinin əsasən, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, dekabrın 31-də Bakıda və Abşeron yarımadasında səhər yağıntıların tədricən kəsiləcəyi, günün ikinci yarısından hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 0-2, gündüz  1-5 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, qərb rayonlarından başlayaraq, yağıntıların tədricən kəsiləcəyi, günün ikinci yarısından əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq,  Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz  2-7 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz  3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 722

Oxşar yazılar