Bayram günlərinin hava proqnozu açıqlandı
28 dekabr 2012 13:43 (UTC +04:00)

Bayram günlərinin hava proqnozu açıqlandı

Bayram günlərində havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 30-dan 31-nə keçən gecə və səhər havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi axşama doğru nisbətən mülayimləşəcək.


Dekabrın 31-i axşam, 31-dən yanvarın 1-nə keçən gecə və yanvarın 1-də gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturunun axşam 1-3 dərəcə isti, gecə 0-2 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2771

Oxşar yazılar