BANM-in nümayəndələri liseydə görüş keçirdi
04 aprel 2013 16:18 (UTC +04:00)

BANM-in nümayəndələri liseydə görüş keçirdi

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov, prorektor Ramiz Hümbətov, İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kəmalə Paşayeva və akademik Zərifə Əliyeva adına liseyin məzunu olmuş BANM-in 10 tələbəsi akademik Zərifə Əliyeva adına liseyin müəllim və şagird heyəti ilə görüş keçiriblər. Bu barədə lent.az-a ali məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Liseyin direktoru Məhəbbət Vəliyeva  BANM ilə əməkdaşlıqdan məmnunluq hissi keçirdiklərini qeyd edib.

 BANM-in rektoru çıxışında  ölkədə aparılan uğurlu təhsil islahatlarından danışıb. Bildirib ki, BANM-in yaradılması və qısa zaman ərzində yüksək uğurlar əldə etməsi məhz ölkə başçısının “Neft kapitalını insan kapitalına çevirək” devizinin əyani sübutudur

 E.Qasımov  liseyin direktoru Məhəbbət Vəliyevaya və 7 müəllimə  “Təşəkkür” plaketi və kompüter hədiyyə edib. Şagirdlərə BANM haqqında ətraflı məlumatları özündə əks etdirən  bukletlər paylayıb.

# 1178

Oxşar yazılar