Balaxanıda bərk məişət tullantılarının çeşidlənməsi zavodu açılıb
19 dekabr 2012 14:15 (UTC +04:00)

Balaxanıda bərk məişət tullantılarının çeşidlənməsi zavodu açılıb

Prezident İlham Əliyev mərasimdə iştirak edib

Dekabrın 19-da Prezident İlham Əliyev Balaxanıda bərk məişət tullantılarının çeşidlənməsi zavodunun açılışında iştirak edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, iqtisadi inkişaf naziri Şahin Mustafayev zavodun inzibati binasında yaradılmış şəraitlə tanış olan dövlət başçısına tullantıların idarə edilməsi sahəsində görülmüş işlər barədə məlumat verib.

Sonra Azərbaycan prezidenti zavodun idarəetmə otağında müəssisənin iş mexanizmi ilə tanış olub. Dövlət başçısına zavodun fəaliyyəti və onun idarə edilməsi haqqında məlumat verilib. Bildirilib ki, məişət tullantılarının çeşidlənməsi və təkrar istehsalı biznesinin inkişaf etdirilməsi məqsədi ilə tikilən zavod ölkəmizdə bu sahədə ilk pilot layihədir. İllik istehsal gücü 200 min ton olan yeni zavodun səmərəli fəaliyyəti təbii sərvətlərə və enerjiyə qənaət etməyə, ətraf mühitə mənfi təsirin azaldılmasına imkan verəcək. 
Dövlətimizin başçısı müəssisədə yaradılmış şəraitdən razılığını bildirib, müvafiq tapşırıq və tövsiyələrini verib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1247
avatar

Oxşar yazılar