Bakının 4 rayonunda su olmayacaq
17 avqust 2013 11:23 (UTC +04:00)

Bakının 4 rayonunda su olmayacaq

Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospektində (Koroğlu metrosunun yaxınlığı) 700 mm diametrli magistral su xətti üzərində yeni siyirtmə quraşdırılır. 

“Azərsu” ASC-dən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar avqustun 17-də gün ərzində Nizami, Xətai, Nərimanov və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

# 1074
avatar

Oxşar yazılar