Bakının 4 rayonu 2 gün susuz qalacaq
25 dekabr 2012 10:28 (UTC +04:00)

Bakının 4 rayonu 2 gün susuz qalacaq

Bakı şəhəri Xətai, Nizami, Sabunçu və Suraxanı rayonlarının bir hissəsində 24 saat fasiləsiz içməli su təchizatını təmin etmək məqsədi ilə “+110 Şərq” su anbarında 1400 mm diametrli kollektorun paylayıcı şəbəkəyə qoşulması işləri aparılır.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar 25-26 dekabr tarixlərində paytaxtın Xətai, Nizami, Sabunçu və Suraxanı rayonlarının bəzi yerlərinə içməli su müəyyən fasilələrlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2242
avatar

Oxşar yazılar