Bakıda yeni tibbi müəssisələr açıldı
26 dekabr 2012 10:34 (UTC +04:00)

Bakıda yeni tibbi müəssisələr açıldı

Səhiyyə Nazirliyinin tabeçiliyində olan, uzun illərdən bəri təmirsiz, bəzi hallarda isə yararsız vəziyyətdə olan bir necə tibb müəssisəsi açılaraq əhalinin istifadəsinə verilib. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Əsaslı təmir və tikintidən sonra acılan Bakı şəhər Narkoloji Dispanser, Bakı şəhər 3 saylı Vərəm dispanseri, Bakı Şəhər Təxirəsalınmaz Təcili Tibbi yardım xidmətinin 6 saylı köməkçi stansiyasının və 9 saylı köməkçi stansiyasının filialı, 3 saylı Bakı şəhər Klinik Xəstəxanasının Terapiya və Doğuşa yardım korpuslarının habelə Mərdəkan qəsəbəsindəki 2 saylı Ağ Ciyər xəstəlikləri dispanserinin açılışları olub.

 

Adıçəkilən tibb müəssisələrin də müasir səviyyədə təmir olunub, onların maddi-texniki bazası ən son texnologiyalara əsaslanan avadanlıqla zənginləşdirilib. Tibb müəssisələrin hər birində ən müasir tələblərə cavab verən tibbi avadanlıqlar quraşdırılmış, istilik sistemi, qida və dərman preparatları ilə təmin olunub.

 

Ölkəmizdə uğurlu səhiyyə islahatlarının tərkib hissəsi olan yeni xəstəxana və tibb müəssisələrinin inşası Azərbaycan dövlətinin vətəndaşlarımızın sağlamlığına verdiyi önəmin təzahürüdür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 882
avatar

Oxşar yazılar