Bakıda bayram yarmarkalarının ünvanları açıqlandı - SİYAHI
20 dekabr 2012 12:32 (UTC +04:00)

Bakıda bayram yarmarkalarının ünvanları açıqlandı - SİYAHI

 

 

Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ərzaq və kənd təsərrüfatı mallarının istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla birgə Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları təşkil olunacaq.

 

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yarmarkalar 28-31 dekabr tarixlərində aşağıdakı ünvanlarda təşkil ediləcək:

 

Binəqədi rayonu

 

  • - Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə Liseyinin həyəti;
  •  

Xətai rayonu

 

  • -Bakı kinoteatrının yanı;
  •  

Nərimanov rayonu

 

  • - Əliyar Əliyev küçəsi 26, “Bakı Taxıl” ASC-nin ərazisi;

 

Nəsimi rayonu

 

  • - “Təzə bazar”ın ərazisi;
  • - 3-cü mikrorayon, “Tovuz-Baltiya LTD”nin ərazisi;

 

Səbail rayonu

 

  • - Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı;

 

  Suraxanı rayonu

 

  • - Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 2;
  • - Yeni Günəşli qəsəbəsi, “Günəş” ticarət mərkəzinin yanı;

 

Yasamal rayonu

 

  - Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2242
avatar

Oxşar yazılar