Bakıda atəşfəşanlıq olacaq
29 dekabr 2012 10:58 (UTC +04:00)

Bakıda atəşfəşanlıq olacaq

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə Bakıda atəşfəşanlıq olacaq. Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 31-i Bakı şəhər Bulvar ərazisində tanınmış incəsənət ustalarının iştirakı ilə geniş konsert keçiriləcək. Saat 23:00-da, Yeni ilin gəlişi ilə bağlı  möhtəşəm atəşfəşanlıq təşkil ediləcək.

 

Bakı şəhər Bulvar İdarəsinin rəisi müavini Nazim Məcidov Lent.az-a açıqlamasında deyib ki, bayram ərəfəsində bulvara gələn əhalinin sıxlığını nəzərə alaraq idarə gücləndirilmiş iş rejiminə keçib: “Bulvar ərazisində hər bir şeyə nəzarət edilir. Həm qiymətlərin süni artımına yol verilməməsinə, həm insanların təhlükəsizliyinə, eləcə də şaxta baba və qar qızların hərəkətinə xüsusi nəzarət olunur”.

 

Onun sözlərinə görə, bulvarda 13 şam ağacı quraşdırılıb. Hər bir şam ağacının yanında bir şaxta baba və bir qarqız fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1646

Oxşar yazılar