
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə iki vaqon qoşuldu
“Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə müraciət edib.
QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova "APA-Economics"ə bildirib ki, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri ilə əlaqədar yollarda uzun tıxac yarandığından Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının xidmətindən istifadə edən sərnişinlərin sayı artıb.
Sərnişin sıxlığının tənzimlənməsi məqsədilə, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri başa çatana kimi bu gündən (28 iyundan) etibarən Bakıdan 18:30-da, Sumqayıtdan saat 08:00-da yola düşən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşularaq birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edir.
"Əgər əvvəl Bakı-Sumqayıt və əks istiqamətdə hər gün 6 vaqon hərəkət edirdisə, indi 8 vaqon hərəkət edir", - deyə S.Qədirova vurğulayıb.
Oxşar yazılar

Bu rayonda qaz kəsiləcək
18 avqust 2025 , 10:11
Bu həftə böyük pul vədi verilən 3 BÜRC
18 avqust 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18 avqust 2025 , 08:21
Bu həftə yalnız bu 3 bürcün bəxti gətirəcək: siyahıda kimlər var
18 avqust 2025 , 00:02
Uğur və sərvət gətirən dörd doğum tarixi: Siyahıdasınızmı?
17 avqust 2025 , 19:59
Bəylə gəlin pul qarşılığında yad adamları toylarına dəvət edirlər: yeni trend
17 avqust 2025 , 18:41
Avqust 4 BÜRCƏ çoxlu pul gətirəcək
17 avqust 2025 , 18:10