Azərbaycanda telekanal uşaqlara həvalə olundu
01 iyun 2015 12:21 (UTC +04:00)

Azərbaycanda telekanal uşaqlara həvalə olundu

1 İyun “Uşaqların beynəlxalq müdafiəsi günü” münasibətilə Xaçmazdan yayımlanan RTV (Region TV) uşaqlara həvalə olunub. Lent.az-ın məlumatına görə, televiziya ictimaiyyətin uşaqlara diqqətini artırmaq, onlara verilən dəyəri stimullaşdırmaq üçün həm idarəetmədə, həm də verilişlərin təqdimatında maraqlı dəyişikliklər edib.


Azərbaycan teleməkanında ilk dəfə atılan bu addım RTV-nin (Region TV) səhər proqramı olan “Gün başladı” verilişində start götürüb. Verilişin təkcə aparıcıları deyil, müxbir və yaradıcı heyəti də uşaqlarla əvəzlənib. Azyaşlıların bayramında verilişin qonaqları olan uşaqlar elə özlərindən danışıb.

Kəpəz TV-nin (Region TV) “Tac-şou” proqramı da uşaqlara həsr olunub.


1 iyunda Azərbaycanın ilk bölgələrarası xəbər telekörpüsü olan Region TV-nin “Region Xəbər” informasiya proqramının aparıcı və müxbir heyəti də uşaqlardan təşkil olunacaq.


Bununla yanaşı RTV-nin Region TV-də yayımlanan idman proqramı olan “Region İdman” verilişinin yaradıcı heyəti və aparıcısı da uşaq olacaq.


1 iyun sürprizləri çərçivəsində Region TV-nin bir sıra verilişlərinin – “Ziq-zaq” və digər proqramların rubrikalarını uşaqlar idarə edəcək.


Həftənin ilk iş gününə təsadüf edən 1 iyunda RTV-nin (Regon TV) departament rəhbərləri də vəzifələrindən bir günlük “istefa” verərək idarəetməni uşaqlara həvalə edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 189

Oxşar yazılar

Sabah bu yerlərə qar yağacaq  - PROQNOZ

Sabah bu yerlərə qar yağacaq - PROQNOZ

24 may 2025 , 12:44
Hazırda bu rayonlara leysan yağır - FAKTİKİ HAVA

Hazırda bu rayonlara leysan yağır - FAKTİKİ HAVA

24 may 2025 , 11:22
Dörd BÜRCƏ həftə sonu gözlənilməz pul vədi

Dörd BÜRCƏ həftə sonu gözlənilməz pul vədi

24 may 2025 , 09:09
Buraxılış imtahanının nəticələri elan olundu

Buraxılış imtahanının nəticələri elan olundu

24 may 2025 , 02:15
Bu marşrutların hərəkət sxemi dəyişdirilir

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

23 may 2025 , 20:55
Pensiya yaşı 70-ə qaldırılır

Pensiya yaşı 70-ə qaldırılır

23 may 2025 , 19:46
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

23 may 2025 , 18:43
Həftə sonu 3 BÜRC üçün kabus kimi  olacaq

Həftə sonu 3 BÜRC üçün kabus kimi olacaq

23 may 2025 , 18:29