Azərbaycanda ilk tələbə kartları ADU tələbələrinə verildi
15 dekabr 2012 14:50 (UTC +04:00)

Azərbaycanda ilk tələbə kartları ADU tələbələrinə verildi

Azərbaycan Dillər Universitetində rektor Səməd Seyidov tələbələrlə görüşü keçirib. Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bütün fakültələrinin, professor-müəllim heyətinin qatıldığı görüşdə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Elbrus Abdullayev və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri (ATGTİ) Şahin İsmayılov iştirak edib.

 

Qonaqları salamlayan rektor Səməd Seyidov görüşün qış imtahan sessiyası ilə bağlı keçirildiyini bilib.  ADU rektoru belə geniş tərkibli görüşün ilk dəfə keçirildiyini qeyd edib. O, rəhbərlik etdiyi ali təhsil ocağının tələbələrinə dövlət tərəfindən böyük etimad göstərildiyini diqqətə çatdırıb .

Universitetdə keçiriləcək qış imtahan sessiyasından danışan S. Seyidov bu imtahanların yüksək səviyyədə keçiriləcəyini vurğulayıb.

 

ADU tələbələrinə tələbə kartlarının veriləcəyini bildirən İntiqam Babayev bu kartlardan 30 ölkənin 80 müəssisəsində güzəştli şərtlərlə istifadəsinin mümkün olduğunu tələbələrin nəzərinə çatdırıb. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov tələbəlik illərinin xoş illər olduğunun bildirdi və tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

ADU-nun məzunu Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri  (ATGTİ) Şahin İsmayılov isə çıxışında universitet rəhbərliyinin gəncliyə olan diqqət və qayğısından danışdı və  rəhbərliyə öz təşəkkürünü bildirib. Sonra ADU tələbələrinə tələbə kartları təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1524
avatar

Oxşar yazılar