ARDNŞ dalğıc axtarır
14 dekabr 2012 16:56 (UTC +04:00)

ARDNŞ dalğıc axtarır

ARDNŞ-in təlim mərkəzlərinə sənəd qəbulu üzrə Qəbul Komissiyasının dekabrın 10-da keçirilən iclasının protokoluna əsasən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) nəzdində fəaliyyət göstərən Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzinə (DİHMTM) “I-II iş qrupu üzrə 4-cü dərəcəli dalğıc”' peşəsi üzrə sənəd qəbulu elan edilib.

 

Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, müsabiqədə şərtlərə cavab verən və yaşı 29-dan çox olmayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

 

Sənəd qəbulu elektron formatda həyata keçirilir. Müsabiqə müsahibə (qabiliyyət imtahanı daxil olmaqla) və test imtahanı olmaqla iki mərhələdən ibarətdir. Müraciət etmək istəyən şəxslər “www.socar.az” saytının ''Karyera'' panelində Təlim Mərkəzinə Sənəd Qəbulu bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmalıdırlar. Müraciət üçün son tarix 27 dekabr 2012-ci ildir. Qəbul haqqında hər hansı bir sualı olan vətəndaşlar “tis@socar.az” elektron poçt ünvanına yazılı müraciət edə bilərlər.

 

# 1091
avatar

Oxşar yazılar