AMEA-da doktoranturayla bağlı məsələ müzakirə edilib
21 dekabr 2012 16:53 (UTC +04:00)

AMEA-da doktoranturayla bağlı məsələ müzakirə edilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. Bu barədə Lent.az-a AMEA-dan məlumat verilib. AMEA Rəyasət Heyətinin  bu gün keçirilən növbəti iclası 2012-ci ildə AMEA-nın elmi müəssisələrində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbulun (FRTEB, KEB, BEB, YEB, AEB) yekununa həsr edilib. İclası giriş sözü ilə AMEA prezidenti, akademik Mahmud Kərimov  açaraq gündəlikdəki məsələlərlə bağlı məlumat verib.

 

İclasda bildirilib ki, AMEA RH-ın 28 avqust sərəncamına uyğun olaraq, bu  müəssisə və təşkilatlar üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 288 yer (o cümlədən, əyani 158, qiyabi 130) təsdiq olunub. Onlardan qiyabi şöbəyə 5 yer Naxçıvan Bölməsinə və 7 yer (2 əyani, 5 qiyabi) Gəncə Regional Elmi Mərkəzinə ayrılıb. 2012-ci il üçün bu yerlər üzrə imtahan keçirilmiş və qəbul olunmuş doktorantların mövzularına bölmələrdə baxılaraq RH-ın müzakirəsinə çıxarılıb.

Bu gün keçirilən iclasda sözügedən məsələ üzrə müzakirələr aparılaraq RH-ın qərarı ilə təsdiq edilib.

İclasda bir sıra elmi-təşkilati məsələlərə baxılıb. Belə ki, 2013-2014-cü illərdə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi-texniki tədbirlərin planı təsdiq olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 700
avatar

Oxşar yazılar