Agentlik sədri: “Korrupsiya halları aşkarlansa...”
30 dekabr 2012 12:23 (UTC +04:00)

Agentlik sədri: “Korrupsiya halları aşkarlansa...”

“Vətəndaşlara lazımi xidmətlərin görülməsi üçün şəffaflığın təmin edilməsi müvafiq dövlət qurumlarının nümayəndələri və “ASAN Xidmət” mərkəzinin əməkdaşlarının birgə fəaliyyəti nəticəsində həyata keçiriləcək. Əgər xidmət çərçivəsində vətəndaşlardan rüşvət tələb olunarsa, buna qarşı istər dövlət agentliyi, istərsə də digər aidiyyatı qurumlar tərəfindən ciddi tədbirlər görüləcək”.

Lent.az-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov vurğulayıb. O bildirib ki, agentlik və digər müvafiq qurumlar bu işlərin həyata keçirilməsində şəffaflığın təmin edilməsi məqsədilə lazımi işlər görüb. İ.Kərimovun sözlərinə görə, prosesdə ən əsas prinsiplərdən biri də şəffaflığın təmin edilməsidir: “Bunun üçün də xidmət mərkəzlərində heç bir dövlət qulluqçusuna birbaşa ödəmə olmayacaq. Vətəndaş heç bir halda aidiyyatı dövlət qulluqçusuna ödəmə həyata keçirməyəcək. Bütün ödəmələr yalnız bank vasitəsilə həyata keçiriləcək. Vətəndaş ilk növbədə dövlət rüsumunu banka verəcək, sonra isə lazımi sənədlərlə birgə bank çekini dövlət qulluqçusuna təqdim edəcək. Vətəndaş süründürməçiliyinin, onlardan qanunvericilikdə tələb olunmayan sənədlərin tələb olunmasının qarşısı alınacaq. Əgər vətəndaşdan tələb olunmayan, qanunvericilikdə nəzərdə tutulmayan sənədlərin istənilməsi aşkarlanarsa, onlar “ASAN xidmət” mərkəzlərinin işçiləri barəsində qanunvericilikdə nəzərdə tutulan formada cavablandırılacaq. Əgər bunlarda korrupsiya halları aşkarlanarsa, onlara qarşı cinayət işinin qaldırılması da istisna edilmir”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1558

Oxşar yazılar