ADA-nın İxtisasartırma Proqramları yeni təlim kursuna başlayıb
30 sentyabr 2013 20:09 (UTC +04:00)

ADA-nın İxtisasartırma Proqramları yeni təlim kursuna başlayıb

 Azərbaycan Diplomatik Akademiyasının İxtisasartırma Proqramları “ABŞ Konqresində Lobbiçilik” mövzusunda yeni təlim kursuna başlayıb. ADA-dan APA-ya verilən xəbərə görə, 30 sentyabr – 2 oktyabr tarixlərində keçiriləcək təlimin əsas məqsədi kurs iştirakçılarını lobbiçilik, lobbiçiliyin əsasları və ABŞ siyasətinin formalaşdırılmasında lobbiçiliyin rolu mövzularında məlumatlandırmaqdır.

 

Təlimin açılışında ADA-nın İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva və ADA-nın icraçı prorektoru Fariz İsmayılzadə təlimin əhəmiyyəti və burada qazanılacaq yeni biliklərin gələcəkdə hansı istiqamətdə istifadə ediləcəyi ətrafında çıxışlar ediblər. “Bu təlim kursu vasitəsilə sizlər ABŞ hökumətinin strukturu, Konqresin iş prinsipi haqqında ətraflı biliklərə yiyələnəcək və gələcəkdə ölkəmizin 907-ci düzəliş kimi problemlərlə yenidən üzləşməməsi üçün bu biliklərdən istifadə etməyi öyrəcəksiniz”, deyə Fariz İsmayılzadə vurğulayıb.

 

Təlim kursu ABŞ-ın Yaxın Şərq siyasəti, ümumilikdə Yaxın Şərq və ABŞ Konqresinin siyasəti üzrə mütəxəssis Dr. Marvin Feuer tərəfindən tədris edilir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Sənaye və Energetika Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Kommunikasiya və İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət Neft Şirkəti, Prezident Administrasiyası, Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili – Ombudsman Aparatı, “Earnst&Young” Holdinqi və Azərbaycanın BMT-də fəaliyyət göstərən daimi nümayəndəliyini təmsil edən iştirakçıların sayı 25-dir. Kursun sonunda iştirakçılar sertifikatlarla təltif ediləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1354

Oxşar yazılar

 Bazar ertəsi   BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur  gətirəcək

Bazar ertəsi BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur gətirəcək

14 iyul 2025 , 00:02
Cekpot  qazanmaq üçün   3 BÜRCƏ məsləhət

Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət

13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB

Qumar oynamağın cəzası nədir? - CAVAB

13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz

Çimərliyə hansı qidaları aparmaq olmaz

13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan  insanlar əyilməz gücə  malikdirlər

Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər

13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

13 iyul 2025 , 15:35
İmtahanın düzgün cavabları -  VİDEO

İmtahanın düzgün cavabları - VİDEO

13 iyul 2025 , 14:34