"Monitorinq imtahanlarının nəticələri Təhsil Nazirliyinə veriləcək"- TQDK
12 aprel 2015 18:31 (UTC +04:00)

"Monitorinq imtahanlarının nəticələri Təhsil Nazirliyinə veriləcək"- TQDK

Sınaq imtahanları təlimata uyğun keçirilib və heç bir qayda pozuntusu qeydə alınmayıb. Bunu Lent.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının imtahanın təşkili şöbəsinin müdiri Arzu Bağırov bildirib. Onun sözlərinə görə, imtahanlar Bakı və Gəncədə iki növbədə - saat 09.00 və 14.00-da, qalan rayonlarda isə bir növbədə - saat 10-da başlayıb və qəbul imtahanlarının texnologiyasına uyğun olaraq 3 saat davam edib. İmtahanın nəticələri yaxın 3 gün ərzində açıqlanacaq.

 

 

A. Bağırov qeyd edib ki, aprelin 10-da keçirilmiş monitorinq imtahanları test yox, yazılı imtahan olduğundan nəticələrinin elan edilməsi bir qədər vaxt aparacaq. İmtahan nəticələri xüsusi markerlər tərəfindən yoxlanacaq və nəticələr təhlil edilərək Təhsil Nazirliyinə veriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 274

Oxşar yazılar