<span style="color:red;">"Bakıdan mənzərələr" : Qədim Xilə, yeni Əmircan - <span style="color:red;">FOTO-LAYİHƏ
01 dekabr 2016 15:01 (UTC +04:00)

"Bakıdan mənzərələr": Qədim Xilə, yeni Əmircan - FOTO-LAYİHƏ

 

Layihənin məqsədi Bakı kəndlərini, ümumiyyətlə, Bakının tarixi məkanlarını oxucularla yaxından tanış etməkdir. Ötən dəfə Buzovna kəndindən hazırlanan foto-reportaj təqdim olunmuşdu.

 

Buzovna

Şağan

Atəşgah məbədi

Maştağa kəndi

 

Bu dəfə isə Babakının Əmircan kəndi ilə tanışlıq olacaq.

 

Lent.az həmin fotoları təqdim edir:

 

Əmircan kəndi haqqında məlumat

 

Ərazisi- 2,6 min km²

Əhalisi-  təxminən 30 000 nəfər

Məşğuliyyəti - əkinçilik və ticarət

Kəndin yaranma tarixi - Eramızdan əvvəl üçüncü əsr

 

Abşeron yarımadasının cənub-qərb hissəsində yerləşir. Kəndin qədim adı Xilə olub, sonradan dəyişdirilərək Əmircan adlandırılıb.

 

Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində öz doğma kəndinin adını "Əmir Hacan" yazıb. Tədqiqatçılar bu fikrə istinad edərək bildirirlər ki, Məkkə ziyarətinə gedən zəvvarlara başçı təyin edilənə "Əmir Hac" deyilişi kəndin adına şamil edilib.

 

Tanınmış əmircanlılar
 
Abbasqulu ağa Bakıxanov, Səttar Bəhlulzadə, Tofiq Bakıxanov, Əlisöhbət Sumbatzadə, Zeynal Zeynalov, Mirzəağa Əlizadə, Məmmədpaşa Quluzadə, Malik Ramazanzadə, Yusif Kərimov, Ələkbər Muradov, Tofiq Bayram, Hicran Şərifov Əmircanda doğulublar. Həmçinin məşhur milyonçular Şəmsi Əsədullayev və Murtuza Muxtarov da Əmircanda yaşayıblar.
 

Tarixi abidələri:

Murtuza Muxtarovun tikdirdiyi məscid, XIV əsrə aid olan Əmirhac türbəsi, Məşədi Xəlil hamamı, Nizaməddin məscidi (XIV əsr), Səkinəxanım seyid Saleh qızı Piri, Murtuza Muxtarovun tikdirdiyi məscid.

 

 

Minarəli məscid 

 
 

Murtuza Muxtarovun tikdirdiyi məscid

 
 
 
 

Murtuza Muxtarovun tikdirdiyi məscidə gətirilən ilk Quran kitabı 

 
 
 
 
 

Nizaməddin məscidi XIV əsr 

 
 
 

Məşədi Xəlil hamamı 

 
 
 
 
 

Səkinəxanım seyid Saleh qızı Piri 

 
 
 

XIV əsrə aid olan Əmirhac türbəsi 

 
 
 
 
 

 
 

Kəndin ən yaşlı sakinləri

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 842

Oxşar yazılar