“Yeni Üfüq” ahılları ziyarət etdi
30 dekabr 2012 14:57 (UTC +04:00)

“Yeni Üfüq” ahılları ziyarət etdi

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin rəhbərliyi 31 Dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə 1 nömrəli ruhi-əsəb xəstəxanasındakı qocaları ziyarət edib.

 

Birliyin sədri Sevinc Əzimbəyli Lent.az-a açıqlamasında belə ziyarətlərin ölkə vətəndaşlarının mənəvi dirçəlişinin formalaşmasında müstəsna rolu olduğunu bildirib. Birlik sədri imkanlı ölkə vətəndaşlarını belə bayram günlərində kimsəsiz və imkansızlara dəstək olmağa çağırıb. S Əzimbəyli deyib ki, unutmamalıyıq ki, uca Allah dərgahında heç bir savab əməl cavabsız qalmır: “Bu bayram günlərində qəlblərin sevinməsi İlahi rizanın haqq edilməsi deməkdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 613
avatar

Oxşar yazılar