

“Kolleclər üçün minimal bal məhdudiyyəti olmamalıdır” – EKSPERT
Xəbər verdiyimiz kimi, imtahansız ali məktəblərə qəbul olacaq kollec məzunları üçün keçid balı müəyyən ediləcək.
Mövzu ilə əlaqədar Lent.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, bu il ali məktəblərə qəbul zamanı heç bir minimum bal məhdudiyyəti yoxdur:

“Yəni sən 200 bal toplayıb ixtisas seçimi edə bilərsən. Amma orta ixtisas təhsili müəssisələrinə (kollec) qəbul zamanı bal məhdudiyyəti nəzərdə tutulur. Belə ki, IX illik bazadaixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və Riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
XI illik bazada kolleclərin ixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir)”.
Ekspert əlavə edib ki, hətta ali məktəblərin xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 60-dan az olmayan (kolleclərə 40 bal) (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar:
”Necə olur ki, ali məktəblərə qəbul zamanı minimum bal məhdudiyyəti yoxdur, amma kolleclərə qəbul zamanı var?
Ümid edirəm ki, aidiyyəti dövlət orqanları kolleclərə qəbul üçün də minimum bal məhdudiyyətini aradan qaldıracaqlar”.
Oxşar yazılar
Bu rayonlara leysan yağır - Faktiki HAVA
16 iyul 2025 , 10:41
İyulun ortalarında dönüş nöqtəsi başlayacaq: 4 BÜRC üçün şad xəbər
16 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
16 iyul 2025 , 08:13
Gözlənilməz çətinliklərlə üzləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?
16 iyul 2025 , 00:02
Sabah çimərliklərdə görünməmiş isti olacaq - PROQNOZ
15 iyul 2025 , 19:46Pul çay kimi axacaq: Bu həftə gözlənilməz qazanc əldə edəcək BÜRCLƏR
15 iyul 2025 , 18:40
Bakının bu rayonu sabahdan susuz qalacaq
15 iyul 2025 , 17:07