“Filiz” şadlıq sarayının mebelləri borca görə siyahıya alındı
04 aprel 2013 14:49 (UTC +04:00)

“Filiz” şadlıq sarayının mebelləri borca görə siyahıya alındı

Borclu vergi ödəyicilərinin əmlakı siyahıya alınıb.

 

Vergilər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Bakı şəhəri Vergilər Departamentinin Vergi borclarının alınması şöbəsinin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsi ev 133 ünvanında yerləşən, fiziki şəxs Axundov Kazım Böyükağa oğluna məxsus ərzaq mağazasında əmlakın siyahıya alınması tədbirləri həyata keçiriblər.

 

Fiziki şəxsin fəaliyyəti vergi orqanı əməkdaşları tərəfindən araşdırılarkən, onun 8 min 162,8 manat məbləğində vergi borcunun yarandığı müəyyənləşdirilib. 2013-cü ilin yanvar ayının 31-də yaranmış vergi borcu ilə əlaqədar Kazım Axundova bildiriş göndərilib, lakin borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilmədiyindən Kazım Axundovun bank hesabına Sərəncam qoyulub. Yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi obyektdəki əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb. Mağaza sahibi borcun 1 700 manat məbləğində olan hissəsini yerindəcə ödədiyindən, 6 min 732 manat məbləğində ərzaq məhsulları müəyyən edilmiş qaydaya uyğun olaraq siyahıya alınıb.

Həmin gün Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsi, ev 2 ünvanında yerləşən Abbasov Zeynalabdin Abbas oğluna məxsus (1200383192) “Filiz” şadlıq sarayında da əmlakın siyahıya alınması tədbiri keçirilib. Vergi ödəyicisinin 1005 manatlıq borcu müqabilində obyektdəki 1140 manat məbləğində mebel avadanlıqlarını müvafiq qaydada siyahıya alınıb.

# 1265
avatar

Oxşar yazılar