“Bakıelektrikşəbəkə” gücləndirilmiş iş rejiminə keçir
30 dekabr 2012 11:50 (UTC +04:00)

“Bakıelektrikşəbəkə” gücləndirilmiş iş rejiminə keçir

“Bakıelektrikşəbəkə” ASC-nin əməkdaşları 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin bayram günləri gücləndirilmiş iş rejimində çalışacaqlar.

 

“Bakıelektrikşəbəkə” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bayram və istirahət günlərində enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi təmin ediləcək.

 

 

Elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, tədbirlərin keçirildiyi günlərdə aparılması nəzərdə tutulan bütün işlərin müvəqqəti olaraq dayandırılmasını təmin edəcəklər. Abonentlərin bayram günlərində fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz olunmaları üçün əlavə mal-material və maşın-mexanizmlər, texniki qüvvə və növbətçilik qaydaları müəyyən olunub, avadanlıq və material ehtiyatı təmin edilib.

 

“Bakıelektrikşəbəkə” ASC Abonentlərinin nəzərinə çatdırır ki, bu qış ötən ilki illərdəkindən fərqli olaraq elektrik enerjisi təchizatı daha keyfiyyət və dayanıqlı olacaqdır. Son illər ərzində paytaxtın elektrik şəbəkəsində aparılan yenidənqurma, təmir-bərpa işləri nəticəsində şəbəkənin qoyuluş gücü artıb. Abonentlərdən xahiş olunur ki, yarana biləcək hər hansı problemlər haqqında “199 - Qəza Xidməti”nə zəng vuraraq məlumat versinlər. Yaradılmış operativ qruplar vasitəsilə yaranmış fasilələrin dərhal aradan qaldırılması mümkün olacaq.

 

“Bakıelektrikşəbəkə” ASC Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik edir, uzun ömür, can sağlığı, firavan həyat və işıqlı gələcək arzulayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 542
avatar

Oxşar yazılar