“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
29 dekabr 2012 17:14 (UTC +04:00)

“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

İstehlakçılar hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün i texniki təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıldı

               

ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə 31 dekabrdan başlayaraq gücləndirilmiş iş rejimində çalışacaq.

 

Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi üçün “Azəriqaz” tərəfindən zəruri tədbirlər həyata keçirilir.

 

185 nömrəli qaynar xəttin iş saatı artırılacaq, 104 nömrəli qəza xidmətinin fəaliyyəti gücləndiriləcəkdir. Yerli qaz istismar sahələri günün bütün saatlarında növbəlilik əsasında iş rejiminə keçəcək. “Azəriqaz” hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün bayram günlərində bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 523
avatar

Oxşar yazılar