
“Azərbaycanın 7 möcüzəsi” layihəsinin birinci mərhələsi başa çatdı
IDEA İctimai Birliyi və “Nature and History Production”ın birgə təşkilatçılığı ilə start verilən “Azərbaycanın 7 möcüzəsi” layihəsinin ilkin mərhələsi başa çatıb.
Lent.az xəbər verir ki, layihə çərçivəsində keçirilən səsvermə nəticəsində namizədlər siyahısından 25 finalçı obyekt müəyyən olunub.
İctimaiyyət tərəfindən böyük maraqla qarşılanan layihənin ikinci mərhələsinə noyabr ayında başlanacaq. Bu mərhələdə alimlərin, tədqiqatçıların və ekspertlərin iştirak etdiyi televiziya layihəsinə start veriləcək. 25 həftə ərzində davam edəcək verilişlərin hər biri, əhali tərəfindən seçilmiş finalçı obyektlərdən birinə həsr olunacaq.
Qeyd edək ki, “Azərbaycanın 7 möcüzəsi” layihəsinə cari ilin may ayında start verilib. Məlum olduğu kimi, 2007-ci ildə keçirilən ümumdünya səsverməsi nəticəsində dünyanın yeni yeddi möcüzəsi açıqlanmış, bundan sonra bir çox ölkələr öz möcüzələrini seçmək üçün bu cür layihələri həyata keçirməyə başlamışdır. Beləliklə, Azərbaycan da öz möcüzələrini müəyyənləşdirmək məqsədilə belə bir layihəyə start vermiş və Yeddi.az saytı vasitəsilə səsvermə keçirmişdir.
“Azərbaycanın 7 möcüzəsi” layihəsinin əsas məqsədi cəmiyyətdə vətənpərvərlik hisslərini artırmaq, milli-mədəni və tarixi irsimizi qorumaq, mübahisəli və təhrif edilmiş faktları tarixi abidələr fonunda araşdırmaq, Azərbaycandakı tarixi, mədəni, eləcə də təbii obyektlərin tanıdılması və mühafizəsinə diqqət yönəltməkdir.
Layihə çərçivəsində növbəti ilin may ayının əvvəlində baş tutacaq son səsvermənin nəticəsində 25 namizəddən 7 qalib seçiləcək və 28 may - Respublika Günündə “Azərbaycanın 7 möcüzəsi” adına layiq görülən abidələr ictimaiyyətə elan olunacaq.
Səsvermə nəticəsində seçilən 25 finalçı obyektlə www.yeddi.az saytından tanış ola bilərsiniz.
Oxşar yazılar

Belarus vətəndaşları İrandan Azərbaycana keçdi
16 iyun 2025 , 19:14
Bu bürclər üçün həyatda parlaq bir zolaq başlayır: onları xoşbəxtlik gözləyir
16 iyun 2025 , 18:28
Lukaşenkodan kartofu tez-tez yeməyin təhlükələri barədə XƏBƏRDARLIQ
16 iyun 2025 , 18:06
"Yaşayan Nostradamus"dan gələcək haqqında bədbin PROQNOZ
16 iyun 2025 , 16:41Öz ölümünə 10 dəqiqə gecikən TƏLƏBƏ
16 iyun 2025 , 15:14Meteohəssas insanlar üçün sabahın PROQNOZU
16 iyun 2025 , 14:37
Leysan, dolu, sulu qar - Sabahın havası
16 iyun 2025 , 12:51