66 qadın məhbusa şəxsiyyət vəsiqələri verilib
07 mart 2014 12:54 (UTC +04:00)

66 qadın məhbusa şəxsiyyət vəsiqələri verilib

66 məhbus qadına şəxsiyyət vəsiqəsi verilib. Lent.az-ın məlumatına görə, vəsiqələr məhkumlara bu gün Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində keçirilən tədbirdə təqdim edilib. Tədbirdə çıxış edən xidmətin rəisi Mədət Quliyev bildirib ki, məhkumlara şəxsiyyət vəsiqəsinin verilməsi analoqu olmayan tədbirdi: “Dünyanın heç bir ölkəsində bu xidmət tətbiq olunmayıb. ASAN xidmətlə birgə bu xidmət bütün cəzaçəkmə müəssisələrində tətbiq olunacaq. 8 Mart Qadınlar Bayramı ilə əlaqədar biz bu gün bunu qadınların cəzaçəkmə müəssisəsindən başladıq. Bu xidmətə görə “ASAN Xidmət”in əməkdaşlarına, Daxili İşlər Nazirliyinə təşəkkürümü bildirirəm”.

Daha sonra çıxış edən 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi Faris Abdullayev, millət vəkili Əli Hüseynli, Ailə , Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev şəxsiyyət vəsiqəsi alan məhkumları təbrik ediblər.

 

 

Şəxsiyyət vəsiqəsinin müddəti bitən, vəsiqəsini itirən məhkumlara yeni vəsiqələri təqdim olunduqdan sonra tədbirin rəsmi hissəsi bitib. Tədbir məhkumların öz fəaliyyət dərnəyinin ifasında konsert proqramı ilə davam edib.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1258

Oxşar yazılar