2013-cü ilin yanvar ayına olan hava proqnozu
30 dekabr 2012 15:01 (UTC +04:00)

2013-cü ilin yanvar ayına olan hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti 2013-cü ilin yanvar ayının hava proqnozunu açıqlayıb. Nazirliyin məıtbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2013-cü ilin yanvar ayında havanın orta aylıq temperaturunun kiçik müsbət fərqlə iqlim normasına yaxın olacağı, lakin ayın ikinci yarısında temperaturun normadan bir qədər aşağı enəcəyi gözlənilir. Yağıntıların Respublika ərazisində qeyri-bərabər paylanması gözlənilir.Aylıq yağıntının  miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı   ehtimal olunur.

 

Bakıda və Abşeron yarımadasında

 

Orta aylıq temperaturun 3-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın birinci yarısında orta  sutkalıq temperatur 4-8 dərəcə isti, ikinci yarısında  isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

Gecələr ayın birinci yarısında havanın temperaturu 1-4 dərəcə isti, ayın ikinci yarısında 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 5 dərəcəyədək şaxta təşkil edəcək.

Gündüzlər ayın birinci yarısında temperatur 4-9, ayın ikinci yarısında 2-6 dərəcə isti, bəzi günlərdə isə 0-2 dərəcə şaxta olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-28 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.


Naxçıvan Muxtar Respublikasında


Orta aylıq temperaturun 0-3 dərəcə şaxta olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın birinci yarısında orta sutkalıq temperatur 0-5 dərəcə isti, ikinci yarısında isə 0-5 dərəcə şaxta təşkil edəcək.                                                        

Gecələr temperatur 3-8, bəzi günlərində 13-18 dərəcə şaxta təşkil edəcək.

Gündüzlər ayın birinci yarısında 2-7 dərəcə isti təşkil edəcək, bəzi günlərdə 9 dərəcəyədək yüksələcək, ayın ikinci yarisinda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə  3-5 dərəcə şaxta olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-25 mm), bəzi günlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında


Orta aylıq temperaturun 0-3 dərəcə şaxta olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın birinci yarısında orta sutkalıq temperatur 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, ayın ikinci yarısında isə 1-6 dərəcə şaxta təşkil edəcək.

Gecələr ayın birinci yarısında 1-3, bəzi günlərdə 10 dərəcəyədək şaxta, ayın ikinci yarısının bəzi günlərində isə 13-18 dərəcə şaxta olacağı gözlənilir.

Gündüzlər ayın birinci yarısında 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, bəzi günlərdə 4 dərəcəyədək şaxta, ayın ikinci yarısının bəzi günlərində isə 5-7 dərəcə şaxta təşkil edəcək. Yağıntının miqdarının iqlim normasına yaxın (norma 16-24 mm) olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tər-Tər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında


Orta aylıq temperaturun 1-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın birinci yarısında orta sutkalıq temperatur 1-6 dərəcə isti, ayın ikinci yarısında isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

Gecələr ayın birinci yarısında 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, ayın ikinci yarısının bəzi günlərində 4-8 dərəcə şaxta olacağı gözlənilir.

Gündüzlə ayın birinci yarısında 3-8 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə 12 dərəcəyədək yüksələcək. Ayın ikinci yarısında 0-5 dərəcə isti, bəzi günlərdə 3 dərəcəyədək şaxta olacaq.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 10-32 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.


Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında


Orta aylıq temperaturun 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın birinci yarısında orta sutkalıq temperatur 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, ayın ikinci yarısında isə 1-6 dərəcə şaxta təşkil edəcək.

Gecələr ayın birinci yarısında 1-6 dərəcə şaxta, bəzi günlərdə 3 dərəcəyədək isti, ayın ikinci yarısında bəzi günlərdə 8-13 dərəcə şaxta  təşkil edəcək. Yüksək dağlıq ərazilərdə 20-25 dərəcə şaxta olacaq.

Gündüzlər ayın birinci yarısında 1-5, bəzi günlərdə 10 dərəcəyədək isti, ikinci yarısının bəzi günlərində 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 22-49 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.


Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan,
Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında


Orta aylıq temperaturun 3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Ayın ikinci yarısında orta sutkalıq temperatur 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

Gecələr ayın birinci yarısında 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 5 dərəcəyədək isti, ayın ikinci yarısında bəzi günlərdə 2-5 dərəcə şaxta  təşkil edəcək.

Gündüzlər ayın birinci yarısında 4-9 dərəcə isti olacağı, bəzi günlərdə 12 dərəcəyədək yüksələcəyi, ikinci yarısında isə 1-6 dərəcə isti, ayrı-ayrı günlərdə 3 dərəcəyədək şaxta olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-30 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.


Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında


Orta aylıq temperaturun 3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın ikinci yarısında orta sutkalıq temperatur 0-3 dərəcə isti, dağlarda 2-7  dərəcə şaxta təşkil edəcək.

Gecələr ayın birinci yarısında 1-5 dərəcə isti, ikinci yarısının bəzi günlərində 4 dərəcəyədək şaxta, dağlarda isə 10-15 dərəcə şaxta olacağı gözlənilir.

Gündüzlər ayın birinci yarısında 4-9 dərəcə isti olacaq, bəzi günlərdə 12 dərəcəyədək yüksələcək, ikinci yarısının bəzi günlərində 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 63-98 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3209

Oxşar yazılar