Vardanyanın mərsiyə deyənləri , Veronikanın gecikmiş göz yaşları
28 sentyabr 2023 14:12 (UTC +04:00)

Vardanyanın mərsiyə deyənləri, Veronikanın gecikmiş göz yaşları

Sevinirəm! Bəli, əcəb edib sevinirəm ki, Ruben Vardanyan nəhayət ki, etdikləri pisliklərin cəzasını çəkəcək. Heç kimin də məni qeyri-insanlıqda qınamağa haqqı yoxdur. Bütün xalq olaraq Qarabağda son günlərdə baş verənlərə sevinmək ana südü kimi halalımızdır.

Bütöv gəncliyimi məhv etdilər bu qaniçən terrorçular, onları maliyyələşdirən vardanyanlar və bu dəhşətləri görməzdən gələn sözdə humanizm tərəfdarları. Mənim üçün hələ də Qərbin “insan haqları” deyərkən konkret nəyi nəzərdə tutdu anlaşılan deyil. Azərbaycanın Qarabağda işgəncələrlə öldürülən insanının haqqını götürüb hara qoyublar görən? Minlərlə işgəncə nümunəsi sadalaya bilərik, hamilə qadının qarnına nizə batırılması, xanımlarımıza terrorçuların təcavüzü, əsirlərimizi diri-diri yandırmaqları və sair və ilaxır. Hamısı da sənədlə, sübutla öz təsdiqini tapır.

İndi bu vandalizmi maliyyələşdirən, onlara qol-qanad gələn Ruben Vardanyan həbsinə sevinirəmsə elə bu da mənim o görməzdən gəlinən insani haqlarımdan biridir. Çünki insani bir hissdir. Əgər mən sevinmək üçün özümü zorlamıramsa, bu bir fontan kimi içimdən aşırsa demək ən böyük haqqımdı. İndi Vardanyanın haqlarını müdafiə etməyə cəhd edən Qərbin və onun özünü qan üzərində qurulan imperatorluğun kraliçası kimi aparmağa çalışan arvadının fəaliyyəti vay-şivənlikdən başqa heç nə deyil. Veronika, keçmiş olsun, bu göz yaşları o qədər gecikib ki? Ərinin göndərdiyi silahlar gənclərimizin həyatına son qoyanda bu gözlər daşa dönmüşdü? O vaxt ərini insanlığa çağırsaydın indi bu göz yaşları da axmazdı. Gecdir...

Biz sevinirik ki, gec də olsa, ortada bir ömür keçsə də Qarabağda ədalət bərpa edilir. Qaniçənləri haqq etdikləri deşiyə soxurlar. İndi kimlərsə gəlib həyasızcasına, utanmaq bilmədən bu sevincimizi üzümüzdə dondurmağa “bu qeyri-insani hisslərinizə” son qoyun deyərək, bizləri qınamağa cəhd edir. Bu ədəb bilməyənlərə bircə sözüm var – Abrınız olsun! Siz  Vardanyanın mərsiyə deyənlərisiniz? Nə yazıq ki, hətta bu qınaqlara imza atanlar arasında sapı özümüzdən olan baltalar var.

Bir daha deyirik, bu üzsüzlüyə son verin – Azərbaycanın 10 aylıq şəhidi var. Gəncədə qətlə yetirilən Narin Xalıqovanı nə tez unutdunuz? Vardanyanın alıb göndərdiyi silahla şəhid edilən 2 yaşlı, nur üzlü Zəhranın ruhu sizlərə qənim olmazmı?

Bütün bu vəhşilikləri bir gənclik dövründə başım önümdə seyr etdim, ürəyim dağlanaraq yaşadım. İndi Vardanyanın, Şuşa həbsxanasında bütün qeyri-insani hərəkətlər edən, xalqımın əsir nümayəndələrini işgəncə ilə öldürən Vaqif Xaçatryanın həbsinə sevinmək mənim haqqım deyilmi?

Bu ədalətsiz mövqelər, ikili standartlar artıq çox boyatlaşıb. Qərbin bizə bu münasibətinə öyrəncəliyik, artıq heç dünyanı da inandıra bilmirlər, onların ədaləti, həqiqəti necə görməsi də Azərbaycan insanın problemləri siyahısından çoxdan çıxıb. Lakin bizim özünü hüquq müdafiəçisi kimi göstərməyə çalışan bəzi QHT rəhbərləri, blogerlər rahatlaşa bilmir. Utanmazcasına bizi humanizmə dəvət edir. Bu nə həyasızlıqdır görəsən? Bu cür də çörək pulu qazanmaq olar? Necə keçir boğazınızdan ən azı o körpə Narin və Zəhranın qanını batırmağa çalışanların apardığı siyasətdən gələn çörək? Çörək haramlıq sevmir, bu formada getsə elə hamısının sonu Vardanyan və Xaçatryandan fərqli olmayacaq. 

Ey yalançı “humanistlər”, sizə bir məsləhətim var - Lent.az saytının  layihələri içərisində böyük rezonans doğuran “Əsir düşərgəsi”i ilə tanış olun. Əgər doğurdan da belə ədalət axtarışındasınızsa zəhmət çəkib onları bir-bir oxuyun. Biz bu yazıların ortaya çıxmasında müəlliflə birlikdə yaşadıqlarımızı sizlərə sözlərlə izah edə bilmərik. Xocalı soyqırımının sonuncu ildönümündə əməkdaşımızın hadisə şahidi ilə etdiyi söhbəti oxuyub redaktə edərkən, iki dəfə yazının üstündən durub su içdim, gördüm olmur, ürək dərmanı qəbul etdim, amma yenə də gözümdən şəlalə kimi gələn yaşların qarşısını ala bilmədim. Ey vay-şivən salan Qərb yanlıları, Qarabağda yaşayan azərbaycanlılarımızın başına gələnləri ən dramatik, həyəcanlı, qorxu filmlərində belə tapıb izləyə bilməzsiniz. Bunlar faktdır. İndi siz yox ey, Qərbdə oturan atalıqlarınız, analıqlarınız da gəlsə bunu təkzib edə bilməz. Vardanyana dediyiniz bu mərsiyələrin artıq heç bir xeyri yoxdur. Qatar getdi. Azərbaycan dövləti bir daha ona dil və əl uzadanlara həddini göstərdi. Bəlkə heç olmasa indi abrınıza qısılasınız?

P.S. Atalar demiş, arsıza bir sillə kar eləməz...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18633
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar