Uşaqlar arasında yayılan virusla bağlı RƏSMİ AÇIQLAMA
05 yanvar 2022 14:51 (UTC +04:00)

Uşaqlar arasında yayılan virusla bağlı RƏSMİ AÇIQLAMA

“Son günlərdə uşaqlar arasında virus xəstəliklərinin artımı müşahidə olunur”.

Lent.az-ın məlumatına görə, bunu APA-ya Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, pediatr Əkbər Quliyev deyib.

O bildirib ki, xəstəliyin simptomları burun axıntısı, boğaz ağrısı, öskürək, yüksək hərarətdir: “Bunlar virus xəstəliklərinin ortaq şikayətləridir. Hazırda pandemiya dövründə yaşadığımız üçün koronavirusun da bu xəstəliklər arasında yeri var. Son iki həftədə, bayramla əlaqədar tədbirlərin keçirilməsi ilə bağlı yoluxma saylarında artım ola bilər”.

Həkim qeyd edib ki, valideynlər bu simptomlar müşahidə edilən uşaqları bağça, məktəbə göndərməkdən çəkinməlidirlər: “Həmçinin onların digər uşaqlarla təması məhdudlaşdırılmalıdır. Temperatur düşmürsə, halsızlıq, süstlük varsa, həkimə müraciət etsinlər”.

# 36282
avatar

Oxşar yazılar