Türkiyə helikopter qəzasına görə Azərbaycana başsağlığı verdi
30 noyabr 2021 14:30 (UTC +04:00)

Türkiyə helikopter qəzasına görə Azərbaycana başsağlığı verdi

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

Lent.az-ın xəbərinə görə, bu barədə Türkiyə XİN-in saytında bildirilib.

 “Azərbaycanın Xızı rayonunda “Qaraheybət” poliqonunda təlim uçuşu zamanı hərbi helikopterin qəzaya uğramasını, qəzada şəhid və yaralıların olduğunu dərin kədərlə öyrəndik. Şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik”, - qeyd olunub.

Qəza ilə əlaqədar Türkiyənin Milli Müdafiə Nazirliyi də ölkəmizə başsağlığı verib.

Nazirliyi "Twitter" hesabında bildirilib: 

"Qardaş Azərbaycanda Dövlət Sərhəd Xidmətinə aid bir helikopterin qəzaya uğraması xəbərini kədərlə öyrəndik. Bu faciəli hadisədə itirdiyimiz şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfalar arzulayır, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı verir və səbir diləyirik", - deyə qeyd olunub.

Xatırladaq ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.
 

# 2247
avatar

Oxşar yazılar