Toyda  ŞOK YAŞANDI:   bəyin anası gəlinin...
07 aprel 2021 19:19 (UTC +04:00)

Toyda ŞOK YAŞANDI: bəyin anası gəlinin...

Çinin Suçjou şəhərində keçirilən adi bir toyda sirlərin açılması ilə sözün həqiqi mənasında dram yaşanıb, ancaq xoşbəxt sonluqla bitib.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, hər şey kürəkənin anasının qəfildən gəlinin əlində bir doğum izi görməsindən başlayıb. Sən demə, gəlin qadının 20 ildən çox əvvəl iz qoymadan yox olan kiçik qızıdır.

Qadın bir müddət düşünəndən sonra gələcək gəlininin valideynlərinə qəribə bir sual vermək qərarına gəlib: “Bu qızın əsl atası və anasıdırlarmı?”

Ərlə arvad eşitdiklərindən şok olublar, çünki ailə sirrini heç vaxt açmayıblar. Ancaq indi həqiqəti söyləməyə cəsarət ediblər: 20 ildən çox əvvəl yolda bir qız tapıblar, övladlığa götürüblər və böyüdüblər

Gəlin bəyin anasının həqiqətən öz anası olduğunu biləndə xoşbəxtlikdən göz yaşlarına boğulub. Axı, həmişə bioloji valideynlərini tapmaq istəyib. Lakin toydan da imtina etməyə ehtiyac olmayıb.

Daha sonra sevgilisinin də qayınanasının ögey oğlu olduğu ortaya çıxıb. Məlum olub ki, qadın da itkin qızını tapa bilmədikdən sonra oğlan uşağını övladlığa götürüb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5229
avatar

Oxşar yazılar