Tıxaclar avtomobillərə hansı ziyan vurur?
07 iyun 2022 11:38 (UTC +04:00)

Tıxaclar avtomobillərə hansı ziyan vurur?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu tıxacın avtomobillərə vurduğu zərərlə bağlıdır.

Tıxaclar paytaxt Bakının həllolunmaz problemlərindən birinə çevrilib. Hər gün şəhərin müxtəlif küçə və prospektlərində sıxlıq müşahidə olunur. Son günlər isə bu tıxaclar daha da artıb. Hətta bəzən avtomobillər 10 dəqiqədən çox sıxlıqda qalırlar.

Bəs görəsən, bu tıxacların avtomobillərə hansı ziyanları var?

Rubrikamızın sualına Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti Fərhad Eyyubov cavab verib. O bildirib ki, əsas zərər köhnə avtomobillərdə özünü göstərə bilər:

“Tıxaclar təbii ki, ilk növbədə yanacaq sərfiyyatına ciddi ziyan vurur. Ümumilikdə isə yeni model avtomobillərə çoxda zərər dəymir. Əsas zərəri köhnə avtomobillər görür. Belə ki, onlarda soyutma sistemi uyğun olmadığından avtomobilin mühərriki tez qızır. Ancaq yeni avtomobillərdə soyutma sistemində bu hallar düşünülüb. Buna görə də, yeni nəqliyyat vasitələrində bu hal baş vermir. Bundan əlavə, tıxacların ekologiyaya da ciddi ziyanı var. Çünki maşınlar yerindən tərpənib qəfil dayanarkən zərərli qazları daha çox atmosferə ixrac edir. Tıxaclar həm də insanların zamanına və psixologiyasına da mənfi təsir edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2844
avatar

Mehman Nəbiyev

Oxşar yazılar