Tibb işçiləri "Veteran" statusunu necə alacaqlar? – İki gün qaldı...
10 mart 2022 12:18 (UTC +04:00)

Tibb işçiləri "Veteran" statusunu necə alacaqlar? – İki gün qaldı...

"Veteran" statusu almaq üçün TƏBİB tabeliyində olan tibb müəssisələrində çalışan, döyüş əməliyyatlarının aparıldığı ərazilərdə təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər bu barədə təsdiqedici məlumatları çalışdıqları tibb müəssisələrinə təqdim etməlidir".

Bu sözləri Lent.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Zamirə Ədilova deyib. 

O bildirib ki, təsdiqedici məlumatlar dedikdə - hərbi biletlərin surəti, şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən digər sənədlər nəzərdə tutulur:

"Bunları çalışdıqları tibb müəssisələrinə təqdim etdikdən sonra həmin sənədlər Nazirlər Kabinetinə veriləcək. Və müvafiq qaydalara əsasən, qərar qəbul ediləcək. Eyni zamanda, sənədlər sərəncam verildikdən sonra on beş gün müddətində Nazirlər Kabinetinə təqdim etmələri tapşırılıb".

Z.Ədilova vurğulayıb ki, 44 günlük müharibə dövründə səhra hospitallarında çalışan, həmçinin, Vətən Müharibəsi dövründə həkim kimi fəaliyyət göstərən və yaralanan şəxslərin "Veteran" statusu almaq üçün sənədlərini təqdim etmələrinə 2 gün vaxtları qalıb.

Xatırladaq ki, Nazirlər Kabinetinin 26 fevral 2022-ci il tarixli 127s nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” də Vətən müharibəsi dövründə həmin ərazilərdə ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlarının və mülki işçilərinin siyahısını təsdiqedici sənədlərlə birlikdə, həmin şəxslərin ön cəbhədə yerinə yetirdikləri tapşırıqlara dair ətraflı arayış (hər bir şəxsə münasibətdə ayrı-ayrılıqda) əlavə edilməklə on beş gün müddətində Nazirlər Kabinetinə təqdim etmələri tapşırılıb.

Sözügedən Sərəncamdan irəli gələrək Vətən müharibəsi dövründə ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlara müharibə veteranı adının verilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən lazımi məlumatlar toplanılır.

Belə ki, Agentlik tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tabeliyində olan tibb müəssisələrində çalışan, döyüş əməliyyatlarının aparıldığı ərazilərdə təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər barədə siyahının və təsdiqedici məlumatların hazırlanması barədə tapşırıq verilib.

Tapşırığa uyğun olaraq, TƏBİB həmin şəxslər barədə siyahının və təsdiqedici məlumatların - hərbi biletlərin surəti, şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlərin hazırlanmasını təmin edir.

TƏBİB tərəfindən siyahı Agentliyə təqdim edildikdən sonra sözügedən şəxslərə müharibə veteranı adının verilməsi məsələsinə baxılması üçün sənəd aidiyyəti dövlət orqanına təqdim olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4041
avatar

Fidan İlqar

Oxşar yazılar