"Təmiz Quba" natəmizlik etdi
05 avqust 2021 11:44 (UTC +04:00)

"Təmiz Quba" natəmizlik etdi

“Təmiz Quba” Mənzil Kommunal Təsərrüfatı Birliyi barədə məhkəməyə müraciət olunub.

Lent.az-ın məlumatına görə, təsərrüfat birliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə) maddəsi ilə cərimə protokolu tərtib olunub.

Protokol baxılması üçün Quba rayon Məhkəməsinə göndərilib. İş hakim Vüqar Seyidovun icraatına verilib.

Həmin maddə əsasında “Təmiz Quba”nı 6500 manatdan 8000 manatadək cərimə gözləyir.

# 2166
avatar

Mehman Nəbiyev

Oxşar yazılar