Tələbə təqaüdləri  artırılacaq
04 noyabr 2022 17:39 (UTC +04:00)

Tələbə təqaüdləri artırılacaq

“Müharibə veteranlarına verilən müavinətlərin indeksləşdirilməsi və ya artırılması daimi olaraq Azərbayсan hökumətinin qarşısında duran prioritet məsələlərdən biridir”.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, Energetika və Ekologiya komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

"Müharibə əlillərinin, şəhid ailələrinin, müharibə iştirakçılarına dəstək verilməsi və bununla bağlı 2019-cu ildəki məbləğ təxminən 40% artırılıb və indiki məbləğə bərabər oldu. Ötən dövr ərzində 21 min müharibə iştirakçısı və əlili 8800 özünəməşğulluq proqramına cəlb olunub. 7000-i isə məşğulluq marafonu və müxtəlif alətlər vasitəsilə işlə təmin olunub. Tələbə təqaüdləri isə gələn ildən etibarən orta hesabla 20 % artırılacaq”- deyə nazir vurğulayıb.

# 3696
avatar

Oxşar yazılar