Təhsil naziri Emin Əmrullayevin adından müəllimlərə təbrik mesajı göndərilib.
Lent.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib:
"Bu gün təhsil naziri Emin Əmrullayevin adından 151 min 738 nəfər müəllimimizin telefonuna aşağıda qeyd olunan təbrik sms-i göndərilib".
***
09:55
Təhsil naziri Emin Əmrullayev 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.
Lent.az xəbər verir ki, təbrikdə deyilir:
“Əziz müəllimimiz,
Övladlarımızın təlim-tərbiyəsini etibar etdiyimiz Sizə təşəkkür edir, şərəfli peşənizdə uğurlar arzulayıram!
Beynəlxalq Müəllimlər Gününüz mübarək!”