Tarix yazanlar:  Və ya Şəhid statusu kimlərə verilir?
08 sentyabr 2022 13:27 (UTC +04:00)

Tarix yazanlar: Və ya Şəhid statusu kimlərə verilir?

Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. 

Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hər kəsin vətəndaşlıq borcudur. Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Onları yaşatmaq, tanıtmaq, hər şəhid ailəsinə hörmətlə yanaşmaq hamımızın vətəndaşlıq borcudur.

44 günə yazılan şanlı Zəfər tariximiz yaddaşlara əbədi həkk olundu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun əks-hücum əməliyyatı Böyük Qələbəmizlə başa çatdı. Otuz ilə yaxın həsrətdən sonra doğma yurdlarımıza qovuşduq, ərazi bütövlüyümüz təmin olundu. Dövlət, xalq və ordu birliyi dəmir yumruq olub düşmənin başını əzdi. Mərd oğullarımız tarix yaza-yaza tarixə yazıldılar.

Onlar qələbəni tarixin səhifələrinə öz qanları ilə həkk etdilər. Qarabağımızı azad edərək illər boyu bu yolda, bu amal uğrunda şəhid olan bütün soydaşlarımızın ruhlarını şad etdilər. Amma bəzən maraqlı məqamlarda üz-üzə gəlirik. Hərbi xidmətdə bu və ya digər səbəbdən vəfat etmiş şəxslərin valideynləri də övladlarına şəhid adı, statusu verilməsində israrlıdır. 

Allah heç kimə övlad acısı yaşatmasın. Övlad itkisindən ağır heç nə yoxdur. Heç bir valideynin göz yaşının axmasını arzu etmək olmaz, Çünki onlar övladları üçün min bir əziyyətə qatlaşıblar, onları böyüdüblər. Amma yenə də deyirik, müqəddəs şəhid adı, məhz şəhidik zirvəsinə ucalanlara verilir. Bu məsələ isə hansısa aksiya və ya səs-küylə həll olmur. 

Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Və aşağıdakılar şəhid hesab edilirlər: 

1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 

2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 

3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar;

4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 

5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 

6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər;

 7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 

Hüquqşünas Habil İsgəndərlinin bildirdiyinə görə, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"na əsasən, Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır: “Bu qərarın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının azadlığı, süverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslər şəhid hesab edilirlər. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. 
Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir. Bundan başqa, mövcud qanunvericiliklə müəyyənləşdirilmiş qaydada həlak olmuş hesab edilmək və itkin düşmək ayrıca bir prosedurdur .Yəni, şəxsin həlak olmuş hesab edilməsi o zaman mümkün olur ki, onun ölməsinə dair təsdiqləyici məlumatlar olsun. Tutaq ki, bu şahidlərin ifadələri və ya digər əldə olunmuş məlumatlar əsasında mümkün ola bilər. Bu əsaslar olmayanda şəxsin itkin düşməsi elan edilir. Hüquqi cəhətdən də belədir ki, itkin düşmüş şəxsin nə vaxtsa qayıtma ehtimalı var. Ona görə həmin şəxsə şəhidlik statusu verilmir".
 

# 1407
avatar

Oxşar yazılar

Eşitmə məhdudiyyətli uşaqlar üçün xüsusi tədbir keçirildi®

Eşitmə məhdudiyyətli uşaqlar üçün xüsusi tədbir keçirildi®

5 dekabr 2022 , 13:54
Zirəddin Rzayev

Zirəddin İranla bağlı PROQNOZ VERDİ: "Hakimiyyət dəyişikliyi və ..."

5 dekabr 2022 , 13:25
Sabah  güclü qar yağacaq   - HAVA PROQNOZU

Sabah güclü qar yağacaq - HAVA PROQNOZU

5 dekabr 2022 , 13:10
Bu ərazilərdə 17 dərəcə şaxta olub -  FAKTİKİ HAVA

Bu ərazilərdə 17 dərəcə şaxta olub - FAKTİKİ HAVA

5 dekabr 2022 , 13:05
Yollar  buz BAĞLAYACAQ   - XƏBƏRDARLIQ

Yollar buz BAĞLAYACAQ - XƏBƏRDARLIQ

5 dekabr 2022 , 12:14
Füzuli Musayevin 60 illiyinə həsr olunmuş karate üzrə seminar KEÇİRİLİB - FOTO

Füzuli Musayevin 60 illiyinə həsr olunmuş karate üzrə seminar KEÇİRİLİB - FOTO

5 dekabr 2022 , 11:59
Bakıya qar yağacaq -  PROQNOZ

Bakıya qar yağacaq - PROQNOZ

5 dekabr 2022 , 11:33
Azərbaycanın bu bölgəsində  11 dərəcə şaxta olub

Azərbaycanın bu bölgəsində 11 dərəcə şaxta olub

5 dekabr 2022 , 10:08