Sürücülərin DİQQƏTİNƏ!   Sabah Bakıda bu yollar bağlanır
15 sentyabr 2021 16:25 (UTC +04:00)

Sürücülərin DİQQƏTİNƏ! Sabah Bakıda bu yollar bağlanır

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

İdarədən Lent.az-a daxil olan məlumatda bildirilir ki, sentyabrın 16-da Milli Olimpiya Stadionunda “Qarabağ”və “Bazel” klublarının oyunu baş tutacaq:

“Bu məqsədlə yollarda hərəkət təhlükəsizliyini təmin etmək üçün Ziya Bünyadov prospektindən hərəkət edən sürücülər Bakı Nəqliyyat Agentliyinin yanından Böyükşor bulvarı istiqamətində, Heydər Əliyev prospektində hərəkət edən sürücülər isə 5 saylı “ASAN Xidmət”in yanından Olimpiya stadionu istiqamətində hərəkətin məhdudlaşdırılmasını nəzərə alsınlar.

Sürücülərdən xahiş edirik ki, oyunu izləməyə gələrkən mümkün qədər şəxsi avtomobillərdən deyil, ictimai nəqliyyatdan istifadə etsinlər. Pandemiya şəraitini nəzərə alaraq, karantin qaydalarına əməl etsinlər. Piyadalardan xahişimiz odur ki, “Koroğlu” metrostansiyasının yanındakı təhlükəsiz piyada keçidi ilə əraziyə daxil olsunlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3519
avatar

Mehman Nəbiyev

Oxşar yazılar