Sürət qatarından istifadə edənlərin  NƏZƏRİNƏ
27 may 2021 11:01 (UTC +04:00)

Sürət qatarından istifadə edənlərin NƏZƏRİNƏ

Mayın 28-də Abşeron dairəvi dəmir yolu xəttində qatarların hərəkəti qeyri-iş günlərində olduğu qrafikə uyğun saxlanılır.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən Lent.az-a verilən məlumata görə, həmin gün hər iki xətt üzrə aşağıdakı qatarlar hərəkətdə olacaq:

"Bakı-Pirşağı-Sumqayıt xətti üzrə Sumqayıtdan 6604, 6606, 6612, 6620 nömrəli,

Bakıdan isə 6603, 6615, 6617 və 6621 nömrəli; 

Bakı-Xırdalan-Sumqayıt xətti üzrə

Sumqayıtdan 6004, 6008, 6012, 6022 nömrəli,

Bakıdan isə 6005, 6015, 6019, 6023 nömrəli.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 avqust tarixinə kimi uzadılıb və həmin müddət ərzində şənbə və bazar günləri sərnişin qatarları hərəkətdə olmayacaq"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1908
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar