Güclü külək Bakı-Sumqayıt qatarının hərəkətinin dayanmasına səbəb olub.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Lent.az-a verilən məlumata görə, Bakı Sərnişin Stansiyasının yaxınlığında iri gövdəli ağacı aşıraraq həm kontakt şəbəkəni qırıb, həm də dəmir yolunu bağlayıb:
“Hazırda bir xəttdən istifadə olunduğu üçün Sumqayıt istiqamətindən Bakıya gələn qatarlarda gecikmə müşahidə edilir. Fəsadların aradan qaldırılması istiqamətində iş aparılır”.