Siyavuş Novruzov qohum evliliyi qadağasına qarşı çıxdı:  "Əsas Allahın razılığıdır"
14 iyun 2024 12:39 (UTC +04:00)

Siyavuş Novruzov qohum evliliyi qadağasına qarşı çıxdı: "Əsas Allahın razılığıdır"

Əmi, bibi, xala uşaqlarının nikahlarına qadağa qoyulması doğru addımdır, amma bunun birdən-birə qarşısını kəskin şəkildə almağı real hesab etmirəm.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, bu, bizim ənənədir: “Bizim Kitabi-Dədə Qorqud dastanımız var. Biz köklərimizə istinad ediriksə, köklərimizdən birdən-birə imtina edə bilmərik. Təbliğat vasitəsilə camaatı bu ənənədən uzaqlaşdıra bilərik. Birdən birə biz onlara bu qaydaları tətbiq edə bilmərik”.

Siyavuş Novruzov dini nikahlarla bağlı məsələyə də toxunub: “Dünyanın hər yerində bütün krallar nikaha girəndə birinci kilsəyə gedir, uşaq doğulur. Guya biz hamıdan qabağa düşürük?! Dini nikah Allahın razılığıdır. Birinci Allah razı olmalıdır, dini nikah bağlanmalıdır, sonra rəsmi nikah”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3555
avatar

Oxşar yazılar