Şəxsi avtomobilləri "xüsusi" işarələyənlərə DİN rəsmisindən MESAJ
06 aprel 2022 10:26 (UTC +04:00)

Şəxsi avtomobilləri "xüsusi" işarələyənlərə DİN rəsmisindən MESAJ

“Qayda pozuntusuna görə polisin qanuni tədbir görməsindən qeyzlənib sosial şəbəkələrdə post, yaxud rəylər yazırlar”.

Lent.az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev sosial şəbəkədə bildirib. O, etdiyi paylaşımda şəxsi avtomobillərinin radara düşməməsi üçün müxtəlif bəhanələr gətirənləri qınayıb:

“Postmodernizm budur? Yeni dəb düşüb, başqa formada. Bəziləri özlərini sanki toxunulmaz elan edib. Qayda pozuntusuna görə polisin qanuni tədbir görməsindən qeyzlənib sosial şəbəkələrdə post, yaxud rəylər yazırlar. Hətta müraciətlər edilir ki, şəxsi avtomobilləri xüsusi işarələnməli, həmin avtomobillərə xüsusi təyinatlı buraxılış verilməlidir ki, polis onları dayandırmasın, radara düşməsinlər. İzah edir ki, "axı, mən filankəsəm...".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3435
avatar

Mehman Nəbiyev

Oxşar yazılar