Seksual zorakılığa məruz qalan 14 yaşlı qızla bağlı ŞOK FAKT:  Qardaşı...
06 iyun 2023 11:14 (UTC +04:00)

Seksual zorakılığa məruz qalan 14 yaşlı qızla bağlı ŞOK FAKT: Qardaşı...

Ötən gün Bakıda 14 yaşlı qıza qarşı seksual zorakılıq edilməsi ilə bağlı xəbər vermişdik. 

Lent.az hadisə ilə bağlı şok faktlar əldə edib.  

İddia olunur ki, 14 yaşlı qıza qarşı seksual zorakılıq edən iki nəfərdən biri onun öz doğma qardaşı olub. 

Təhlükə ailədən gəldiyi üçün yeniyetmə qız Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib. 

Bu barədə Lent.az-ın sorğusunu cavablandıran Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə cinsi zorakılığa məruz qalan yeniyetmə qızın onların sığınacağına yerləşdirildiyini təsdiqləyib: 

“Seksual zorakılığa məruz qalan qızın 14 yaşı hələ tamam olmayıb. Azyaşlının psixoloji durumu heç yaxşı deyil. Qız iddia edir ki, qardaşı da ona qarşı seksual hərəkətlər edib. Lakin bütün bunlar iddiadır. Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmaların sonunda hadisəyə hüquqi qiymət veriləcək”.

# 6399
avatar

Fidan İlqar

Oxşar yazılar